Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub - FOTOLAR
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini Ravin Hüseynova məxsus "Kia" markalı minik avtomobili idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Daha sonra yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücünün həyat yoldaşı Rişarə Həsənova hadisə yerində həyatını itirib. R. Həsənovanın sıxılmış halda qalan meyitinin çıxarılması üçün əraziyə FHN-in xilasediciləri cəlb olunub. Meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində Şəmkir rayon skainləri, 7 yaşlı Ayxan Ravin oğlu Hüseynov, 11 yaşlı Nuray Ravin qızı Hüseynli və 9 yaşlı Aylin Ravin qızı Hüseynli ağır xəsarət alıblar. Xəsarət alan uşaqlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi



