Araz çayında suyun səviyyəsində artım müşahidə olunub - VİDEO
Araz çayında suyun səviyyəsində artım müşahidə olunub. Bəhrəmtəpə Hidroqovşağında ötürücü qapılarla suyun səviyyəsinin nizamlanması üçün təcili təxirə salınmaz tədbirlər görülüb. ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Araz çayında da suyun səviyyəsinə təsir edib. Bəhrəmtəpə Hidroqovşaq İstismarı İdarəsindən verilən məlumata görə çayda su artımı ötən gün axşam saatlarından artmağa başlayıb. Beləki Araz çayının qolları olan dağ çaylarındakı su artımı və güclü yağıntılar hesabına Araz çayında səviyyə qalxıb. Bugün səhər saatlarında isə Arazda suyun axımı saniyədə 400 kubmetrə bərabər olduğu üçün hidroqovşaqdakı ötürücü qapılar vasitəsi ilə suyun nizamlanması işlərinə başlanılıb. Suyun bir qismi suvarma kanallarına ötürülüb digər bir hissəsi isə çay yatağına buraxılıb. çayda su axımı saniyədə 120 kubmetrə qədər endirilib. İdarədən verilən məlumata görə hidroqovşaqda 6 ədəd su ötürücü qapı varki bunlar vasitəsi ilə saniyədə 2700 kubmetr suyun buraxılması və nizamlanması mümkündür. Hazırda çayda suyun səviyyəsi ilə bağlı hər hansısa təhlükə yoxdur.
Eltun Məmmədov
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
