Lahıc - Dəmirçi yolunda DƏRİN ÇATLAR ƏMƏLƏ GƏLDİ - VİDEO EKSKLÜZİV
Son yağıntılardan sonra Lahıc - Dəmirçi avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb.
Ulusum.az xəbər verir ki, yolun 7-8-ci km-də müxtəlif yerlərdə iri çatlar əmələ gəlib. Yağıntıların təsirindən 40 metr asfalt qatı sıradan çıxıb. Yolun bir hissəsi tamamilə dağılıb. Avtomobillər yolun digər hisəsi ilə hərəkət edirlər. Sürücülər isə bunun daha da təhlükəli ola biləcəyindən narahatdırlar. Buradakı yol yatağının eroziyaya uğraması istənilən vaxt sürüşmənin baş verməsinə şərait yaradır. Sürücülər deyir ki, belə getsə bu yol bağlana bilər. Belə olduğu təqdirdə onlar Lahıcdan - Dəmirçiyə 3-4 saata getməli olacaqlar. Bu da böyük vaxt ikisidir. Zamanında bu yolun təmirinə başlansa bu hal Lahıc - Dəmirçi qəsəbəsinə gələn turislərin sayına da təsir etməz.
Kənd sakinləri isə deyirlər ki, bu ərazi sürüşmə zonasında olduğuna görə yol sürüşməyə meyllidir. Ona görə də, burada tez-tez çökmələr baş verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi təyinatlı yol istismar MMC-dən Ulusum-a verilən məlumata görə, son yağıntılardan sonra Lahıc - Dəmirçi avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb. Lahıc - Dəmirçi yolunda dərin çatlar əmələ gəlib. Məsələ ilə əlaqədar əraziyə baxış keçirilib. Yolun dağılmış hissələrində işlərin aparılmasına yaxın günlərdə başlanılacaq.
Eltun Məmmədov
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
Dünən, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
Dünən, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
