İşdən çıxarılan ofisiant obyekt sahibini döyüb qaçdı
Bakıda cəzaçəkmə müəssisəsindən yeni çıxmış məhkum kafeyə basqın edib.
Oxu.аz-a istinadən Ulusum.az xəbər verir ki, Gədəbəy rayon sakini Niyaməddin Əliyev 2019-cu ildə törətdiyi cinayətə görə azadlıqdan məhrum edilib. O, cəzasını çəkdikdən sonra Gədəbəy rayonuna qayıdaraq, Şəmkir-Zəyəm yolunda fəaliyyət göstərən kafedə ofisiant-kababçı işləməyə başlayıb. Bir müddət həmin kafedə işləyən Niyaməddin sonradan içki aludəçisinə çevrilib.
Kafenin sahibi Mirzə Ağayev onunla bu barədə dəfələrlə söhbət aparsa da, Niyaməddin iş yerində spirtli içki qəbul etməyə son qoymayıb. Bir gün Mirzə Ağayev ona "Əgər araq içəcəksənsə, bir də kafeyə gəlmə" deyib. Kafe sahibinin bu iradını özünə təhqir hesab edən Niyaməddin əsəbiləşərək Mirzə Ağayevə hücum edib. O, sahibkarı yumruq və təpik zərbələri ilə döyüb, kafenin 3 qapı, iki pəncərəsini qıraraq hadisə yerindən qaçıb.
Bir neçə gün Bakıda gizlənən Niyaməddin məsuliyyətdən yayındığını zənn edib və Bakıxanov qəsəbəsidəki kafedə yenidən spirtli içki qəbul edib. O, sərxoş halda kafedən çıxarkən ofisiant işləyən İntiqam adlı şəxslə rastlaşıb və gözü onun əlindəki mobil telefona sataşıb. Niyaməddin həmin telefonu ondan alıb satmaq qərarı verib və bu məqsədlə o, İntiqama yaxınlaşaraq, "mənə bir pivə al, içim" deyib. İntiqam ona pivə almaqdan imtina edib və nəticədə Niyaməddin qəflətən İntiqamın sifət nahiyəsinə yumruqla zərbə endirib. İntiqamın yerə yıxıldığını görən Niyaməddin onun əlindəki telefonu alaraq hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Niyaməddin Sabunçu rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə N.Əliyev 6 il azadlıqdan məhrum edilib.
R.D
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
Dünən, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
Dünən, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
