Əfqanıstanda güclü zəlzələ: 500 nəfər həlak oldu
Əfqanıstanda baş verən zəlzələ nəticəsində təxminən 500 nəfər həlak olub. Bu barədə RTA telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Mətbuatın məlumatına görə, daha 1000-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Çoxlu sayda zərərçəkən dağıntılar altında qalıb, buna görə də qurbanların sayı arta bilər.
6,0 maqnitudalı zəlzələ sentyabrın 1-nə keçən gecə Əfqanıstan ərazisində qeydə alınıb. Təbii fəlakət Cəlalabad şəhərindən 27,3 km (17 mil) məsafədə, Pakistan sərhədinə yaxın bölgədə baş verib.
Ölkənin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, zəlzələ ucqar dağlıq ərazidə olub. Bu səbəbdən dəqiq məlumatların əldə olunması üçün əlavə vaxta ehtiyac var.
Nazirlik həmçinin genişmiqyaslı xilasetmə əməliyyatına başlandığını vurğulayıb. Fəlakətin nəticələrinin aradan qaldırılmasına və zərərçəkənlərə yardım göstərilməsinə yüzlərlə mütəxəssis cəlb olunub.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi