Rusiya Vergi Xidməti Hüseyn Həsənovun şirkətini ləğv etdi
Rusiya Vergi Xidməti azərbaycan əsilli bloqer Hüseyn Həsənovun şirkətini ləğv edib.
Bu barədə Telegram-kanal “Zvezdach” öz mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, şəxsi inkişaf kurslarını satmaq üçün bloqer “Banda” MMC-ni təsis edib. Kanalın araşdırmasına görə, şirkətin hüquqi ünvanı, eləcə də vəzifəli şəxslərlə bağlı təqdim olunan məlumatlar saxta çıxıb. Hazırda Rusiya FNS şirkətin ləğvinə qərar verib, hesabları bloklanıb.
Bundan əlavə, Həsənovun kurslarına qarşı ümumilikdə 2,675 milyon rubl (təxminən 57 min manat) məbləğində iki iddia qaldırılıb. Məlum olub ki, bloqer məhkəmələrdən az əvvəl təsisçilər sırasından çıxıb.
Həsənov barəsində 14 may tarixində xüsusilə böyük məbləğdə vəsaitlərin leqallaşdırılması və yuyulması işi üzrə axtarış elan edilib və qiyabi həbs qərarı çıxarılıb. Bu maddə ilə ona yeddi ilədək azadlıqdan məhrumetmə cəzası təhdid edir. Sonradan məhkəmə qiyabi həbsi qanuni sayıb.
Bildirilib ki, Hüseyn Həsənov barəsində cinayət işi açıldıqdan dərhal sonra Moskvadakı mənzilindən də imtina edib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi