Avstraliyada 20 il yanlış ittihamla həbsdə qalan qadına 2 milyon dollar təklif edildi
Avstraliya hakimiyyəti, övladlarını öldürməkdə əsassız olaraq ittiham edilərək 20 il həbsdə qalan qadına 2 milyon Avstraliya dolları (təxminən 1,3 milyon ABŞ dolları) kompensasiya təklif edib.
Vəkilin sözlərinə görə, hakimiyyətin təklif etdiyi kompensasiya “Folbiqqin yaşadığı ağrı və iztirabların miqyasını əks etdirmir”.
Avstraliyalı qadın, bir il ərzində 19 günlükdən 19 aylığa qədər olan dörd körpəsinin qəfil ölümü səbəbindən 40 il həbs cəzasına məhkum edilmişdi. Araşdırma zamanı hüquq-mühafizə orqanları azyaşlıların boğulduğuna dair heç bir sübut tapmamışdı, lakin qadının gündəliyində onların ölümünə görə özünü günahkar saydığına dair qeydlərin olduğunu iddia etmişdilər.
Ulusum.az
“Uzun illərdən sonra yeni sübutlar araşdırma üçün təqdim olundu. Nəticədə, Ketlin Folbiqq azadlığa buraxıldı və ona qarşı irəli sürülən ittihamlar ləğv edildi. İndi isə o, həbsxanada keçirdiyi 20 ilə görə 2 milyon Avstraliya dolları ala bilər ki, bu da vəkillərin sözlərinə görə, olduqca kifayətsizdir”, – deyə materialda qeyd olunur.
Vəkilin sözlərinə görə, hakimiyyətin təklif etdiyi kompensasiya “Folbiqqin yaşadığı ağrı və iztirabların miqyasını əks etdirmir”.
Avstraliyalı qadın, bir il ərzində 19 günlükdən 19 aylığa qədər olan dörd körpəsinin qəfil ölümü səbəbindən 40 il həbs cəzasına məhkum edilmişdi. Araşdırma zamanı hüquq-mühafizə orqanları azyaşlıların boğulduğuna dair heç bir sübut tapmamışdı, lakin qadının gündəliyində onların ölümünə görə özünü günahkar saydığına dair qeydlərin olduğunu iddia etmişdilər.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
