ABŞ-da dəhşət: 4 ailə üzvü 9 övladlığa götürülmüş uşağa işgəncə verib

ABŞ-ın Florida ştatında 4 nəfərlik ailə – Breyn Metyu Griffet, Cill Elizabet və onların iki bioloji övladı Dallin Rassel və Liberty Enn – 9 övladlığa götürülmüş uşağa qarşı qeyri-insani rəftar səbəbilə 22 iyulda saxlanılıb. Bu barədə Sky News məlumat yayıb.
Polisin açıqlamasına görə, uşaqlar ikiqat çarpayıların altında qurulmuş improvizə olunmuş qəfəsə salınıb, bəzi hallarda Breyn uşaqları dəyənəklə döyüb və iz qoymamağa çalışıb. Onlar uşaqlara oxumağı və yazmağı öyrənməyi qadağan ediblər, həyatları barədə yalan danışmağa məcbur ediblər.
Cəza olaraq üzlərinə sirkə səpilib və ağır ev işləri görməyə məcbur ediliblər. Bu zaman ailənin bioloji övladları işdən azad olunub, oyun oynamaq və televizora baxmaq hüququna malik olublar.
Hazırda şübhəlilər nəzarət altındadır, onlara qarşı ittiham irəli sürülüb. Florida Uşaq və Ailə İşləri Departamenti uşaqları himayəyə götürüb. İstintaq davam edir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO