9-07-2025, 14:25 0 Hadisə / Cəmiyyət

BDU - müəllimi Lalə Hüseynova Xızı rayonunda baş vermiş ağır yol qəzasında vəfat edib

BDU -  müəllimi Lalə Hüseynova  Xızı rayonunda baş vermiş ağır yol qəzasında vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi Lalə Hüseynova 2024-cü il iyunun 21-də Xızı rayonunda baş vermiş ağır yol qəzasında vəfat edib.



O, 1974-cü ildə Bakı şəhərində anadan olub, BDUnun Biologiya fakültəsində təhsil alıb və mikrobiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Lalə Hüseynova 49-dan çox elmi məqalənin müəllifi idi və universitetdə müxtəlif vəzifələrdə çalışmışdı.

BDU rəhbərliyi və kollektivi onun vəfatından kədərləndiklərini bildirərək ailəsinə dərin hüznlə başsağlığı veriblər.

R.İkramlı
Allah rəhmət etsin!
Ulusum.az


Diqqət Çəkənlər
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.