İtaliyada dəhşət: Ata COVID qorxusundan iki uşağını üç il meşədə gizlədib
İtaliyanın Piemont bölgəsində yerləşən Lauriano şəhərində sosial xidmət orqanları meşədəki bir daxmada 3 ildən çox gizlədilmiş 6 və 9 yaşlı iki uşağı tapıblar. Onların niderlandlı atası ekstremal pandemiya qorxusu və xəstəlik fobiyası səbəbindən uşaqları cəmiyyətdən tam təcrid etmişdi.
Corriere della Sera qəzetinin yerli uşaq prokurorluğuna istinadla yaydığı məlumata görə, 54 yaşlı ata – peşəkar heykəltəraşdır. O, uşaqları peyvənd etdirməkdən imtina edib, maska taxmalarına belə qadağa qoyub və COVID-19-un yayılması ilə bağlı “qlobal sui-qəsd nəzəriyyələri”nə inanıb.
Uşaqlar danışmağı və yazmağı bilmirdilər
Bu məqsədlə ailəsini Almaniyadan İtaliyaya köçürərək, onları meşədə tərk edilmiş bir evdə yaşamağa məcbur edib. Uşaqlar nə danışa bilir, nə də yazmağı və oxumağı bacarırdılar. Hətta o yaşda olsalar da, hələ də uşaq bezindən istifadə edirdilər.
Ailə yalnız 2024-cü ilin aprelində, bölgədə baş verən daşqın zamanı təxliyə tədbirləri nəticəsində aşkarlanıb. Hadisə yerinə gələn karabinyerlər uşaqları ağır antisanitar şəraitdə tapıblar.
Valideynlik hüququndan məhrum edildilər
Məhkəmə atanı və ananı valideynlik hüququndan məhrum edib. Bildirilir ki, ana uşaqlarla ümumiyyətlə maraqlanmırmış, ata isə onları cəmiyyətlə tam təmasdan ayıraraq ağır sosial təcrid vəziyyətinə salıb.
Hazırda uşaqlar psixoloqların nəzarəti altında xüsusi reabilitasiya mərkəzində yerləşdirilib. Onların vəziyyəti “Mauqli sindromu” ilə müqayisə olunur – sosial deprivasiyanın fəsadları illərlə davam edə bilər.
Ata isə “ev şəraitində təhsil verirdim” deyərək özünü müdafiə edir, lakin istintaq ağır hüquq pozuntuları və uşaq hüquqlarının kobud şəkildə pozulduğunu müəyyən edib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Hava haqqında xəbərdarlıq
2026 — Qürur, Birlik və Zəfər İli
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN