Pikassonun əsərinə boya atıldı: Monrealdakı muzeydə etiraz aksiyası
Monreal Gözəl Sənətlər Muzeyində “Kanadanın Sonuncu Nəsli” hərəkatının fəalı 19 iyun tarixində Pablo Pikassonun 1901-ci ilə aid “L’htare” əsərinə çəhrayı boya ataraq vandalizm aktı törədib. Bu barədə Montreal Gazette məlumat yayıb.
Fəal bu hərəkətini belə izah edib: dövlət sənət əsərlərinin qorunmasına xalqın ehtiyaclarından qat-qat çox pul xərcləyir.
“Sənət yalnız insanlar yaşadığı zaman çiçəklənir, sağ qalmağa çalışdığı zaman yox. Manitoba yanğın içindədir – bəs kimdə qalıb indi növbəti Pikasso olmağa güc və zaman?” – deyə o bildirib.
Gənc saxlanılıb, lakin daha sonra məhkəməyə qədər sərbəst buraxılıb. Muzey nümayəndələri isə əsərin zərər görmədiyini, çünki qoruyucu şüşə ilə örtüldüyünü bildiriblər.
Montreal Gazette qeyd edir ki, son həftələrdə bu hərəkatın fəalları Monrealdakı kazino və bank binalarına da çəhrayı boya atıblar. Onların məqsədi – hökumətdən iqlim fəlakətlərinə qarşı müdafiə agentliyinin yaradılması və yanğınlar, təbii fəlakətlər səbəbilə evlərini itirən insanlara yardım edilməsini tələb etməkdir.
Qeyd edək ki, may ayının sonunda Manitoba vilayətinin baş naziri Vab Kinyu meşə yanğınları səbəbilə 17 min insanın təxliyə edildiyini elan etmişdi.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Hava haqqında xəbərdarlıq
2026 — Qürur, Birlik və Zəfər İli
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN