Qatarın qarşısına çıxan şəxs ağır yaralandı – ADY-dən ciddi xəbərdarlıq
Dünən axşam saatlarında Zabrat-2–Sabunçu istiqamətində hərəkətdə olan sərnişin qatarı faciəvi hadisə ilə qarşılaşıb. Qəfil relslərin üzərinə çıxan bir nəfər qatarın qarşısında qalıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, maşinist tərəfindən dərhal təcili tormozlama həyata keçirilsə də, məsafə kifayət etməyib və toqquşma qaçınılmaz olub.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Yaralanan şəxs xəstəxanaya aparılıb, vəziyyəti barədə məlumat açıqlanmayıb.
“ADY bir daha vətəndaşları xəbərdar edir – dəmiryolu xətlərindən yalnız müəyyən olunmuş keçidlər vasitəsilə istifadə edin! Öz həyatınızı təhlükəyə atmayın,” – deyə qurumun müraciətində bildirilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər