Samir Piriyevin qızına irad bildirən məktəb direktoru işdən çıxarıldı
Bakının 42 nömrəli tam orta məktəbində qalmaqalla nəticələnən hadisə məktəb rəhbərinin vəzifəsindən azad olunması ilə yekunlaşıb. Belə ki, məktəbin direktoru Firəngiz Həmidova tanınmış müğənni Samir Piriyevin qızının geyiminə irad bildirdikdən sonra, keçirilən monitorinqlər nəticəsində fəaliyyətində nöqsanlar aşkarlanıb və bu əsasla vəzifəsindən uzaqlaşdırılıb.
Hadisənin mərkəzində isə məktəb formasının rəngi dayanır. Direktor bildirir ki, məktəbli formasının açıq rəngdə olması təlimata uyğun deyil. Samir Piriyevin həyat yoldaşı Anara Piriyeva isə bu iradla razılaşmayaraq sosial şəbəkədə narazılığını açıq şəkildə ifadə edib. O, qızının geyiminin qaydalara tam uyğun olduğunu bildirib.
Firəngiz Həmidova isə mövqeyində qalaraq qeyd edib ki, məktəbdə 1700 şagird təhsil alır və hamıya eyni qaydalar tətbiq olunur: “Heç kimə fərq qoyulmur, hər kəs məktəb nizam-intizamına əməl etməlidir”.
Məktəb rəhbərliyi də öz növbəsində Nazirlər Kabinetinin 96 nömrəli qərarına istinad edərək, vahid məktəbli geyimi qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb.
Bu hadisə, məktəblərdə geyim qaydalarına riayət olunması və valideyn-məktəb münasibətlərinin necə tənzimlənməsi mövzusunda geniş müzakirələrə səbəb olub.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər