Qırmızı Dənizdə Səssiz Faciə: “Sea Story”nin Son Səfəri
Misir rəsmiləri 2024-cü ilin noyabrında Qırmızı dəniz sahillərində qəzaya uğrayan Sea Story turist katerində itkin düşən yeddi nəfərin rəsmi olaraq həlak olduğunu elan ediblər. Onlardan beşi əcnəbi vətəndaş olub. Bu barədə Reuters məlumat yayıb.
Qəza Misirin məşhur kurortu olan Marsa-əl-Əlam sahillərində, Şaab Sataya rifinin yaxınlığında baş verib. Hadisə zamanı katerdə ümumilikdə 44 nəfər olub – 13 heyət üzvü və 31 turist. Rəsmi məlumata görə, kater güclü dalğaların olduğu zonaya düşərək cəmi 5–7 dəqiqə ərzində batıb.
Qəzadan təxminən səkkiz ay əvvəl Sea Story kateri sonuncu texniki baxışdan keçmiş və heç bir nasazlıq aşkarlanmamışdı.
Qeyd olunur ki, 2024-cü ilin iyun ayında da bu kater fırtına səbəbindən ciddi zədələnmişdi, lakin o zaman tələfat olmamışdı. Gəmi 34 metr uzunluğunda olub və Misirin Dəniz Təhlükəsizliyi İdarəsi tərəfindən bir illik təhlükəsizlik sertifikatı ilə təmin edilmişdi.
İlkin mərhələdə itkin sayılan yeddi nəfərdən ikisi britaniyalı, ikisi polyak, ikisi misirli və biri alman vətəndaşı olub. Rəsmi məlumatlara əsasən, qəza zamanı katerdə heç bir rusiyalı turist olmayıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər