Binəqədi rayonunda baş verən dəhşətli yanğından 10 il ötür
Bu gün, 19 may, Bakının Binəqədi rayonunda Azadlıq prospektində baş vermiş dəhşətli yanğından 10 il ötür.
16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər həyatını itirib, onlardan 5-i uşaq idi. Ən kiçik uşağın cəmi 1,5 yaşı var idi.
Daha 64 nəfər müxtəlif dərəcəli yanıq və xəsarətlər alıb, zəhərli tüstüdən zəhərlənib. Qurbanların əksəriyyəti tüstüdən boğularaq ölüb. Alovun söndürülməsi 4 saat çəkib.
Yanğının səbəbi "Global Stone" MMC adlı tikinti şirkətinin rəhbərliyinin cinayətkar səhlənkarlığı olub. Şirkət bina üzlüyündə istifadə etdiyi poliuretan materialı özü istehsal edib. Mütəxəssislər bu materialın asan alışdığını dəfələrlə açıq şəkildə bildirsələr də, şirkət mənfəət xatirinə Bakının müxtəlif binalarını keyfiyyətsiz poliuretanla örtərək yüzlərlə insanın həyatını və təhlükəsizliyini təhlükə altına atıb.
Yanğından sonra paytaxtda təhlükəli üzlük materiallarının sökülməsinə başlanılıb və bu işə təkcə dövlət qurumları deyil, sakinlər də qoşulub.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO