Səma külə büründü: Kanlaon vulkanı təhlükəli mərhələyə keçir
Filippinlərin Neqros adasında yerləşən ən aktiv vulkanlardan biri olan Kanlaon yenidən püskürüb. Bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Rəsmi məlumata görə, püskürmə yerli vaxtla saat 02:55-də (Bakı vaxtı ilə 21:55) başlayıb və təxminən beş dəqiqə davam edib. Nəticədə, vulkanın üzərində güclü boz-ağ rəngli kül buludu əmələ gəlib, kül təxminən 4,5 kilometr yüksəklikdə havaya qalxıb.
Hava nəqliyyatına təhlükə səbəbilə aviasiya orqanlarına vulkan yaxınlığında uçuşlardan çəkinmək barədə tövsiyələr verilib, çünki kül təyyarə mühərrikləri üçün ciddi təhlükə yarada bilər.
Kanlaon ətrafında beş ballıq şkala üzrə üçüncü səviyyə vulkanik təhlükə elan edilib. Yerli əhaliyə kraterə 6 kilometrdən yaxınlaşmamaq və mümkün təxliyəyə hazır olmaq çağırışı edilib.
Turistlər arasında populyar olan Kanlaon vulkanının hündürlüyü 2400 metrdən çox, əsasının diametri isə 30 kilometrə çatır. Sonuncu dəfə bu il 8 aprel tarixində püskürmə qeydə alınmışdı.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi