Meksikada dəhşətli faciə: 20 yaşlı turistin cəsədindən yalnız başı qaldı
Meksikada dəhşətli hadisə baş verib – ehtimal olunur ki, naməlum dəniz canlıları, çox güman ki, akulalar gənc amerikalı turisti parçalayıb. Gəncdən yalnız baş və hissəvi skelet qalıb. Hadisə Kankun şəhərinin otellər zonasında yerləşən çimərlikdə qeydə alınıb.
Hadisə 23 aprel tarixində baş verib. 20 yaşlı turist Alehandro Qonsales, dostları ilə birlikdə Çak-Mul çimərliyində istirahət edirmiş. Bu çimərlik Meksikanın ən təmiz və təhlükəsiz çimərliklərindən biri sayılır.
Faciə gəncin boğulmaqda olan qız dostunu xilas etməyə çalışdığı zaman yaşanıb. Qız sağ-salamat sahilə çıxarılıb, lakin Alehandro dənizin dərinliklərində itib. Üç gün sonra onun yalnız başı və çürümüş skeleti sahilə çıxıb. Şahidlər və jurnalistlər bildiriblər ki, meyitin vəziyyətinə əsasən onun dəniz yırtıcıları, xüsusilə də akulalar tərəfindən parçalandığı ehtimal edilir.
Təhlükəsizlik qüvvələri ərazini dərhal bağlayıb, istintaq başladılıb. Hüquq-mühafizə orqanları ölüm səbəbini və şəxsiyyətin dəqiq təsdiqini müəyyənləşdirmək üçün ekspertiza təyin ediblər.
Alehandronun valideynləri sənəd çatışmazlığı səbəbindən Meksikaya gələ bilməyiblər, lakin göstərilən dəstəyə görə hər kəsə təşəkkür ediblər:
“Biz möcüzəyə ümid edirdik və dua edirdik. Nəticə gözlədiyimiz kimi olmasa da, Tanrı dualarımıza cavab verdi. Alehandronun cəsədi tapıldı və biz uşağımızı evə aparacağıq,” – deyə onlar yazıblar.
Hazırda gəncin ölümü ilə bağlı istintaq davam edir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?