"Rus qaynana" romanının müəllifi Aleksandra Frelih sirli qətlin qurbanı oldu
Almaniyanın Hamburq şəhərində Elba çayında yerləşən sakit bir üzən ev, bu günlərdə böyük bir faciənin səhnəsinə çevrildi. Tanınmış yazıçı, "Mənim rus qaynana və digər fəlakətlər" romanının müəllifi Aleksandra Frelih, evində qətlə yetirildi. 58 yaşlı yazıçının cəsədi oğlu tərəfindən tapılıb, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
İlkin araşdırmalar Frelihin güllə yarası nəticəsində öldüyünü göstərib. Polis hadisə yerində genişmiqyaslı əməliyyat apararaq dalğıcların da köməyindən istifadə edib. Lakin hüquq-mühafizə orqanları istintaqın maraqları naminə hadisənin digər təfərrüatlarını açıqlamaqdan imtina ediblər.
Aleksandra Frelih 2012-ci ildə şəxsi həyat təcrübələrinə əsaslanaraq yazdığı romanı ilə böyük rezonans doğurmuşdu. Əvvəllər isə o, Ukraynada jurnalist kimi çalışırdı.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi