DSX narkotik qaçaqmalçılığına qarşı əməliyyat keçirdi
İranla sərhəddə narkotiklərin dron vasitəsilə keçirilməsinə cəhdlərin qarşısı alınıb – 60 kiloqrama yaxın narkotik aşkarlanıb.
“Ulusum”.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhədlərin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ardıcıl uğurlu əməliyyatlar həyata keçirilib.

Aprelin 21-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılan sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından ölkəmizə keçirilməyə cəhd göstərilən ümumilikdə 6 kiloqram 600 qram marixuana aşkar edilərək götürülüb.
Aprelin 22-də isə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində daha bir qanunsuz keçid cəhdinin qarşısı alınıb.
Əməliyyat zamanı “Toyota Prius” markalı avtomobildə olan 3 nəfər – Masallı rayon sakinləri Namik Mehrəliyev, Peyman Babayev və Bakı şəhər sakini Məhəmməd Cavadov saxlanılıb. Araşdırmalar zamanı onların 53 kiloqram 865 qram narkotik vasitəni ərazidən götürmək məqsədilə hadisə yerinə gəldikləri müəyyən edilib.

Hər iki hadisə üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Dövlət Sərhəd Xidməti narkotik qaçaqmalçılığına qarşı mübarizəni qətiyyətlə davam etdirir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi