Trampın susduğu faciə: Şerifin oğlu anasının silahı ilə universitetdə atəş açdı
Florida Universitetində atışma nəticəsində iki nəfər ölüb, altı nəfər isə yaralanıb.
“Ulusum”.az xəbər verir ki, bu barədə The Associated Press nəşri universitetin mühafizə rəisi Ceyson Trambauerə istinadla məlumat yayıb.
Hadisəni törədən şəxs 20 yaşlı tələbə Feniks İkner olub. O, Leon dairəsinin 18 il xidmət keçmiş şerif köməkçisi olan Cessika İknerin oğludur.
Gənc universitetə anasının xidməti silahı ilə gəlib. Polisə təslim olmağı rədd etdikdən sonra o, yaralanıb. Onun hərəkətinin motivləri hələlik məlum deyil.
Bildirilir ki, ölən şəxslər universitetin tələbələri olmayıb. Polis onların kimliyi və təfərrüatları barədə məlumat verməkdən imtina edib. Yaralılardan biri Tallahassee Memorial Hospitalında ağır vəziyyətdədir.
Leon dairəsinin şerifi Volter Maknilin sözlərinə görə, Feniks əvvəllər şerif idarəsi yanında fəaliyyət göstərən Gənclər Məsləhət Şurasının üzvü olub, hüquq-mühafizə orqanlarının təlim proqramlarında iştirak edib və silaha çıxışı olub.
Hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib. O, baş verənləri “biabırçılıq” adlandırıb, lakin ölkədə silahların qadağan edilməsini dəstəkləməkdən imtina edib. Trampın sözlərinə görə, “insanlar atəş açır, silahlar yox”.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi