Myanmadakı zəlzələdə minlərlə insan tələfatının səbəbləri
Myanmada martın 28-də baş verən dağıdıcı zəlzələ, ölkədə son 75 ilin ən güclü zəlzələsi ola bilər. Fəlakət modelləşdirməsi ölənlərin sayının rəsmi rəqəmlərdən onlarla dəfə çox olduğunu göstərir.
“Ulusum”.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) xəbər agentliyi məlumat yayıb.
ABŞ Geoloji Xidmətinin (USGS) qiymətləndirmələrinə görə, zəlzələ Saqainq şəhərinin şimal-qərbində baş verib və 7,7 bal gücündə olub. Zəlzələ nəticəsində tələfat və iqtisadi itkilərin çox olması səbəbi ilə qırmızı xəbərdarlıq edilib. Myanma rəsmiləri martın 29-da təbii fəlakət nəticəsində 1000-dən çox insanın həyatını itirdiyini və 2000-dən çox insanın yaralandığını açıqlayıb.
Lakin ABŞ Geoloji Xidmətinin təhlilinə görə, mümkün itkilərin 10.000-100.000 arasında olması ehtimalı 35%-dir. Zəlzələ Saqainq qırağında Hindistan və Sunda tektonik plitələrinin toqquşması nəticəsində baş verib. Zəlzələnin ocağı yalnız 10 kilometr yerin altında yerləşib, bu isə dağıdıcı enerjinin maksimum güclə səthə çıxmasına imkan yaradıb.
Bununla yanaşı, zəlzələ antiseysmik mühafizəsiz tikilmiş binaların sıx məskunlaşdığı ərazilərdə baş verib və bu binaların fəlakət zonasındakı payı 85%-ə çatıb. 1940-1960-cı illərdə sıx çoxmərtəbəli binaların və müasir infrastrukturun olmaması, zəlzələnin daha geniş və dağıdıcı təsir göstərməsinə səbəb olub. Bu fəlakət, həmçinin Taylandda da baş verib və ən azı 10 nəfərin ölümünə, 20-yə yaxın insanın yaralanmasına səbəb olub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi