BEYNƏLXALQ ZƏNG QULDURLUĞU- Qarşısını necə almaq olar? - EKSKLÜZİV

Müasir dövrdə digər ölkələrdə yaşayan dostlarımıza mobil telefonla zəng etmək normal bir haldır. Lakin hər dəfə zəng edəndə düşə bilirikmi? Hansı problemlər yaşanır? Qarşısını necə almaq olar?
Bununla bağlı Ulusum.az saytı olaraq məsələnin araşdırılması üçün aidiyyatı qurumlara sual ünvanladıq. Mobil operatorlardan bildirildi ki, Azərbaycan tərəfindən problem olmur, beynəlxalq zəng quldurları müxtəlif ölkələrdə məskunlaşaraq zənglərə müdaxilələr edirlər.
Problem ötən gün jurnalist Ağa Dadaşzadənin başına gəlib. Yerli mobil operatorlardan Danimarkaya zəng etməyinə rəğmən aidiyyatı nömrə sahibinə düşə bilməyib. Hətta zənglərin birində çinli qadın zəngi açıb öz dilində hansısa ifadələr işlətdi. Artıq internet üzərindən Danimarkadakı dostu ilə əlaqə saxlayan Dadaşzadəyə bildirildi ki, zəng edəndən əlavə, bütün Avropa ölkələrinin nömrələrindən də zənglər gəlib.
Beləliklə, məlum oldu ki, zəngə beynəlxalq quldurluq müdaxiləsi olub.
Məsələ ilə bağlı "Azercell" rəsmisi Nigar Şıxlinskikayadan açıqlama aldıq. "Azercell" rəsmisi belə bir problemin mövcud olmasından xəbərdar olduqlarını söylədi:
“Bəli, uzun zamandır belə problemlər yaşanır. Problemin səbəbi bizdən asılı deyil. Buna rəqəmsal quldurluq edir. Abunəçilərimiz belə halla qarşılaşdıqları zaman dərhal bizə müraciət etsinlər. Maksimum dərəcədə aradan qaldırılması istiqamətində işlər görəcəyik".
Yeri gəlmişkən, şirkət rəsmisi abunəçiləri bu cür hallarla qarşılaşmamaları, qarşılaşdıqları zaman isə dərhal rəsmi qurumlara bu haqda məlumat vermələri ilə bağlı xəbərdalıq etdi.
"Ara-sıra sosial mediada, eyni zamanda mətbuatda belə problemlərlə bağlı xəbərdarlıqlar edirik. Vətəndaşları maksimum dərəcədə ehtiyatlı olmağa çağırırıq, eyni zamanda bizə məlumat vermələrini tövsiyə edirik".
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!