Rabatda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
“Ulusum”.az-ın məlumatina görə, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə Rabat şəhərində həssas təbəqədən olan insanlar üçün iftar süfrəsi təşkil edilib. Tədbirdə səfirin və digər diplomatların ailə üzvləri, diaspora nümayəndələri və Mərakeş Skaut Təşkilatının üzvləri bir araya gələrək, bu mühüm hadisəyə qatıldılar.
İftar süfrəsinin hazırlanmasında iştirakçılar böyük həvəslə kömək edərək, həmrəylik və mərhəmət nümunəsi göstərdilər. Uşaqlar da bu gözəl tədbirdə iştirak edərək, süfrənin hazırlanmasına dəstək oldular və əllərindən gələni etdilər.
Bu iftar süfrəsi hər gün 250 nəfər olmaqla, 3 gün ərzində davam edəcək və Ramazan ayının ruhuna uyğun olaraq cəmiyyətin müxtəlif təbəqələri arasında birlik və qarşılıqlı dəstəyi gücləndirəcək.
Azərbaycan Səfirliyi Mərakeşdə müxtəlif xeyriyyə və mədəniyyət tədbirləri ilə ölkəmizin dəyərlərini və ənənələrini tanıtmağa davam edir. Belə təşəbbüslər, Azərbaycan ilə Mərakeş arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, ölkəmizin humanist dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına da töhfə verir.

Rəxşəndə İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi