"Mina problemi regionun inkişafına mənfi təsir edir"
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir.
ULUSUM.az xəbər verir ki, nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə Qurumlararası Koordinasiya Qrupu və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə Minatəmizləmə üzrə Milli Direktorların və Birləşmiş Millətlər Təşkilatı Müşavirlərinin cari ilin 29 aprel - 1 may tarixlərində keçirilən 27-ci Beynəlxalq Görüşündə iştirak edir.
27-ci Beynəlxalq görüşdə nümayəndə heyəti “Həyatın qorunması. Sülhün qurulması” əsas mövzusu altında minatəmizləmə fəaliyyəti sahəsinin üzləşdiyi aktual problemlərlə bağlı müzakirələrə qatılıb.
Tədbirlər çərçivəsində 30 aprel tarixində Agentlik və BMT-nin İnkişaf Proqramı tərəfindən “Minatəmizləmə fəaliyyətində milli nailiyyətlər – inkluziv yanaşma və DİM-lər” mövzusunda yan tədbir təşkil edilib.
Yan tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin insanların sağlamlığına, yaşam mühitinə, ətraf mühitin çirklənməsinə təhlükə yaratmasını, regionun inkişaf səylərinə əhəmiyyətli dərəcədə mənfi təsirini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması və onun fəsadlarının azaldılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər və əldə edilən nailiyyətlərə dair məlumat təqdim edib. Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasından söz açan Agentliyin sədri mina təhlükəsi ilə mübarizə təşəbbüslərinin effektiv və davamlı şəkildə həyata keçirilməsi üçün inklüziv yanaşmaların vacib olduğunu vurğulayıb.
Yan tədbir çərçivəsində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dayanıqlı inkişaf üzrə təşviq edilməsi, partlayıcı sursatların mədəniyyət nümunələrinə mənfi təsirləri, habelə gender və inklüziv yanaşmalar vasitəsilə mina təhlükəsi ilə mübarizə istiqamətində fəaliyyətlərin gücləndirilməsi mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi