"Kütləvi məzarlıqlardakı insan qalıqları heç bir fərdiləşmə aparılmadan BASDIRILIB"
Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində, heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyən edilib.
ULUSUM.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aşkar edilmiş kütləvi məzarlıqların baxışı zamanı beynəlxalq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı suala cavabında deyib.
Orxan Rzayev qeyd edib ki, “Hərbi əsirlərlə rəftara dair” və “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəaları kobud surətdə pozulub: “Bu barədə xüsusilə qeyd etmək istəyirəm ki, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyasının tələblərinə əsasən münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub.
Həmin Konvensiyaya əsasən münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazımi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər”.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-04-2024, 14:42
Aprel ayının 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqlarının aşkar olunması
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Hava haqqında xəbərdarlıq
2026 — Qürur, Birlik və Zəfər İli
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
