Bakıda "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimat mərasimi gerçəkləşib
Bu gün, 24 yanvar 2025-ci il tarixində saat 12:00-da Bakıdakı Atatürk Mərkəzində "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimat mərasimi gerçəkləşib. Tədbirdə, dünyanın müxtəlif ölkələrindən tanınmış rəssamların əsərləri və onların yaradıcılığı haqqında geniş məlumat verilib.
Kataloq, çağdaş incəsənətin inkişafını və müxtəlif mədəniyyətlərdən gələn sənətkarların işlərini nümayiş etdirir. Mərasimdə sənətsevərlər, incəsənət tənqidçiləri, media nümayəndələri və digər maraqlı şəxslər iştirak edirlər.
Aktivist sənətçilər birliyinin Azərbaycan təmsilçisi və kataloqun müəllifi Nevai Metin "Ulusum"az-la söhbər edib:

- Bugünkü tədbirimiz bizim üçüncü kataloqumuza həsr olunub. Bu gün həmin kataloqun təqdimat mərasimidir. Simposiumda Azərbaycan və Türkiyə rəssamlarının birgə iştirakı baş tutub. Azərbaycan və Türkiyə qardaş ölkələrdir və biz də istədik ki, bu tədbir vasitəsilə qardaşlıq əlaqələrimizi daha da möhkəmləndirək.
Hal-hazırda 17 rəssam qonağımızın iştirakı ilə simposium davam edir. Biz həm gözəl sənət əsərləri yaradır, həm də Bakının füsunkar guşələrini gəzirik.
Onu da deyim ki, sənətkarlar öz yaradıcılığına və istəyinə əsaslanaraq çalışırlar.
Gələcəkdə yalnız Azərbaycan-Türkiyə deyil, digər ölkələr və sənətçilərlə birlikdə də oxşar simposiumlar təşkil edəcəyik.
- Elif Altunkaya

- Türkiyənin Adana şəhərindən ölkəmə, evimə gəlmişəm. Bunu mənə burada olduqca hiss etdirdiniz. Onsuzda qardaş olduğumuzu, eyni qandan, eyni candan, eyni ruhdan, eyni bədəndən olduğumuzu bilirdik, amma bunu burada hiss etmək tamamilə fərqli bir duyğu imiş.
Simposiumu Azərbaycanlı qardaşlarımızla birlikdə fırça işlətməyi, boya tökməyi arzulayaraq təşkil etdik. Buradayıq, bir yerdəyik. Sənət hər yerdədir, amma iki qardaş bir araya gələndə çox daha gözəl işlər ortaya çıxır.
Hər bir sənətçi simposiuma öz üslubu ilə qatılib. Çox fərqləndirmə etmədik, müxtəlif sahələrin sənətçiləri ilə bir yerdəyik.
- Mustafa Kamal Çetiner

- Çox gözəl bir layihədir. İştirak etdiyimiz üçün çox xoşbəxtik, çünki Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Biz burada zərrə qədər yadlıq hiss etmədik. Elə ilk günlərdən qaynayıb-qarışdıq. Mən 55 ildir rəssamlıqla məşğulam. Türkiyədə müəllimlik edirəm və ömrümün sonuna qədər də rəsm çəkmək istəyirəm. Türkiyədə məni "Qəhvəyi Rəssam" olaraq tanıyırlar.Bu simpozium həmişə davam edəcək. Gələn dəfə Bakıda olanları Türkiyəyə dəvət edəcəyik, beləliklə, bu tədbir davamlı bir sərgiyə çevriləcək.
"Ulusum".az qeyd edir ki, "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimat mərasimi, sənətə olan sevgi və qardaşlıq bağlarını birləşdirən unudulmaz bir anı olaraq yadda qalacaq.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO