Rusiya daha bir bölgəni HƏDƏFƏ ALDI
Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə hücuma hazırlaşır. Məqsəd Ukrayna qüvvələrinin mümkün əks-hücumundan əvvəl cəbhə xəttini genişləndirməkdir.
Ulusum.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukraynanın baş komandanı Aleksandr Sırski bildirib ki, Rusiya Xarkov istiqamətində qoşun toplayır və yenidən qruplaşır. Bu baxımdan Ukrayna bu istiqamətdə ən təhlükəli nöqtələri gücləndirməyə məcbur olub. Bununla belə, analitiklər onu da iddia edirlər ki, Sırskinin sözləri Rusiyanın Xarkova hücumunun qaçılmazlığına dəlalət etmir. Baş komandan qeyd edib ki, Ukrayna bu yaxınlarda Sinkivka (Kupyanın şimal-şərqi) yaxınlığında mövqelərini gücləndirib.
Amerikalı ekspertlərin fikrincə, aylarla davam edən hücumlara baxmayaraq, rusların Sinkivkanı ələ keçirə bilməməsi onların döyüş qabiliyyətini şübhə altına alır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
28-04-2024, 18:29
“Cəbhədə vəziyyət kəskinləşib. Strateji təşəbbüsü ələ keçirməyə və cəbhə xəttini yarıb keçməyə çalışan düşmən qüvvə və
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi