Hakim 10 aydır qərar verə bilmir..
Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və Heydərova Sevinc Abisalam qızını yenidən məhkəməyə verib.
ULUSUM.az bildirir ki, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasında məhkəmə çəkişməsi ötən ilin fevral ayında başlayıb. Ancaq 10 ay ərzində hakim məhkəməni yekunlaşdıra bilməyib və Flora xanımın iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilmişdi.
Qeyd edək ki, Sevinc Heydərova sosial şəbəkə hesablarında özünü plastik cərrah kimi tanıdıb və 2021-ci ildə Flora xanımın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Flora xanımın mətbuata verdiyi açıqlamalara görə, Sevinc Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik cərrah kimi fəaliyyətini davam etdirib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
25-04-2024, 12:45
Sözsüz ki, bu hissi yaşayan qadınlar heç də az deyil. Bu səs doğuşdan sonra vaginal dəliyin xeyli genişlənməsi, bunun
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
