"Dalğa-2024" birgə taktiki təlimi BAŞA ÇATDI
Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən "Dalğa-2024" birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.
Müdafiə Nazirliyindən ULUSUM.az-a verilən xəbərə görə, təlimdə dənizdə şərti platformada baş vermiş qəzanın aradan qaldırılması məqsədilə gəmilər dislokasiya məntəqəsini tərk edib, birgə komanda məntəqəsində vertolyot, gəmi və katerlərlə tapşırıq üzrə uzlaşma aparılıb, qəza rayonuna lazımi köməkliyin göstərilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Həmçinin baş vermiş yanğının lokallaşdırılması, axtarış-xilasetmə əməliyyatlarının və platformanın sualtı hissəsində dalğıc baxışının keçirilməsi, qəza növbətçiliyinin təşkili, eləcə də digər fəaliyyətlər icra olunub.
Birgə taktiki təlimdə HDQ və FHN gəmi və şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-04-2024, 12:14
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
