Heydər Əliyev prospektində işıq niyə yoxdur? TOVUZDA EKSKLÜZİV
Tovuz şəhərinin Heydər Əliyev prospektini işıqlandıran lampaların yanmaması səbəbindən küçə zülmətə dönüb.
Bu barədə Ulusum.az saytına sakinlər məlumat veriblər. Onların sözlərinə görə, prospekt yolunun kənarındakı işıqlar 2 həftəyə yaxındır ki, yanmır.
Sakinlər bildirirlər ki, prospektin Tovuz Avtovağzalından Ağstafa istiqaməti boyunca lampalar sönülü olur. Elə ki axşam düşdü, küçədə göz-gözü görmür. Vəziyyət o həddə çatıb ki, axşamlar işıq baxımdan ümid küçədəki mağazaların işığına qalır.
Mövcud problem xüsusilə sürücülərin hərəkətinə çətinlik yaradır.
Nəzərə alsaq ki, sözügedən ərazi Bakı-Qazax magistralının üzərində yerləşir, ümid edək ki, problem tezliklə aradan qaldırılar.
Ulusum.az saytı olaraq mövzunu diqqətimizdə saxlayacağıq.
Aymirə Ağamirova




Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
