Azərbaycan Prezidentinin Merih Demirelə dəstəyi Türkiyə mediasında geniş işıqlandırıldı
Türkiyənin “Haber Global” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli futbolçu Merih Demirelə dəstəyi geniş işıqlandırılıb.
Ulusum.az xəbər verir ki, idman şərhçisi Fatih Demirkol bunun ciddi dəstək olduğunu deyib:
“O, bu ikili standartları qınadı. Prezident İlham Əliyev “Yaşasın türk dünyası” deməklə söyləyib ki, kimsə bizə təzyiq edə bilməz. Azərbaycan dövlət başçısı bizim birlikdə olduğumuzu və bu problemin də öhdəsindən gələcəyimizi diqqətə çatdırıb. Biz Azərbaycan Prezidenti kimi davranmalı, soyuqqanlı şəkildə deməliyik ki, biz güclüyük”.
F.Demirkol bildirib ki, indi soyuqqanlı davranışa ehtiyac var.
“Haber Global”ın başqa bir verilişində də Azərbaycan liderinin M.Demirelə dəstəyi işıqlandırılıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev özünün sosial media hesabında M.Demirelə qarşı haqsız cəzanı sərt şəkildə qınayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 6-da “X” hesabında Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edib: “"Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!", - dövlət başçısı qeyd edib”.
Qeyd edək ki, Merih Dəmiral iyulun 3-də Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. Buna görə UEFA futbolçunu cəzalandırıb. 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:30
Ağadadaş Dadaşov - Atasını tanıyırdım, amma ailəsinin çörəksiz qaldığını bilmirdim
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
31-12-2025, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər