Rusiyada azərbaycanlı vəkil saxlanılıb
Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev saxlanılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ulusum.az Apa-ya istinadla xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları Qarayevi iki tanışı ilə birlikdə Krasnoyarsk şəhərində saxlayıb.
Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsinin məlumatında Qarayevin dələduzluqda şübhəli bilinərək saxlanıldığı qeyd olunub.
O, Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda törədilmiş dələduzluğa cəhd) ilə şübhəli bilinir.
Vəkil barəsində artıq məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ələkbər Qarayevin və tanışlarının Sibiryak Tikinti Şirkətinin (Krasnoyarsk diyarının ən böyük inşaatçısı) prezidenti Vladimir Yeqorovdan rüşvət aldığı iddia olunub.
Maraqlıdır ki, Yeqorovun özü də hazırda dələduzluq ittihamı ilə ev dustaqlığındadır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər