İsrailin müdafiə naziri Gallant: "Məhbus mübadiləsi sazişinə həmişəkindən daha yaxınıq"
İsrailin müdafiə naziri Gallant dünən axşam Qəzzada saxlanılan israilli məhbusların yaxınları ilə görüş keçirib.
Gallant deyir ki, onlar məhbus mübadiləsi razılaşmasına həmişəkindən daha yaxındırlar.
İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, Təl-Əviv administrasiyası Qəzza zolağındakı fələstinli qruplarla məhbus mübadiləsi razılaşmasına "həmişəkindən daha yaxındır".
Ulusum.az İsrailin Kanal 12 televiziyasına istinadən xəbər verir ki, Qalant dünən axşam Qəzzada saxlanılan israilli məhbusların yaxınları ilə görüş keçirib.
Qəzzadakı fələstinli qruplarla məhbus mübadiləsi razılaşmasına toxunan Gallant, "Biz məhbus mübadiləsi razılaşmasına hər zamankindən daha yaxınıq" dedi.
Bir ay əvvələ qədər qısa müddətdə razılaşma əldə olunacağına inanmadığına diqqət çəkən Gallant, ABŞ-dakı bütün təmaslarının HƏMAS-a razılaşma üçün təzyiq etmək üzərində qurulduğuna diqqət çəkib.
Məlumata görə, Gallantın mətbuat xidməti yuxarıda qeyd olunan bəyanatları şərh etməkdən imtina edib.
İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşması ilə bağlı HƏMAS-ın cavab aldığı bildirilib.
Açıqlamada, "Məhkum mübadiləsi razılaşmasındakı vasitəçilər, HƏMAS-ın məhbusun azad edilməsi razılaşması təklifinə verdiyi cavabı danışıqlar qrupuna çatdırdı" deyə bəyanatda qeyd edilir.
HƏMAS-ın verdiyi açıqlamada, "Fələstin xalqımıza qarşı hücumları dayandırmaq üçün vasitəçi qardaşlarımızla (Misir-Qətər) fikir mübadiləsi apardıq", deyə vurğulanır.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
