Generalın və ailəsinin əmlaklarına HƏBS QOYULDU
Moskva məhkəməsinin qərarı ilə Rusiyada keçmiş müdafiə nazirinin müavini, ordu generalı Timur İvanov və onun qohumlarının aktivləri, bank hesabları və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub.
ULUSUM.az-ınməlumatına görə, bu barədə “TASS” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
“Onun və həyat yoldaşının, həmçinin keçmiş arvadının və övladlığa götürülənləri də daxil olmaqla, beş uşağının adına olan hər şey, bütün əmlaklarının üzərinə artıq həbs qoyulub”, - agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.
Artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb. Timur İvanovun 1 milyard rubldan çox məbləğdə rüşvət aldığı bildirilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
