ABŞ-dan Kaspersky-yə qadağa
ABŞ Rusiyanın Kaspersky şirkətinin proqram təminatının satışını qadağan edib.
Ulusum.az xəbər verir ki, ABŞ administrasiyası Rusiyanın “Kaspersky Lab” şirkəti tərəfindən hazırlanmış proqram təminatının ABŞ-da satışını qadağan edəcək.
ABŞ Ticarət Naziri Gina Raimondo verdiyi açıqlamada qadağanın şirkətlə bağlı son dərəcə əhatəli araşdırmanın nəticəsi olduğunu bildirib.
Raimondo qeyd edib ki, Rusiya amerikalıların şəxsi məlumatlarını toplamaq və “silahlaşdırmaq” üçün Kasperski kimi Rusiya şirkətlərindən istifadə etmək qabiliyyətinə və niyyətinə malik olduğunu nümayiş etdirib.
ABŞ mətbuatında çıxan xəbərlərdə Kaspersky-nin iyulun 20-dən sonra ABŞ-da yeni müqavilələr bağlaya bilməyəcəyi, sentyabrın 29-dək mövcud müştərilərinə antivirus proqram təminatı təqdim edəcəyi qeyd edilib.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
26-04-2024, 20:30
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. ULUSUM.az xəbər verir ki,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
