ABŞ Senatı qanun layihəsini TƏSDİQLƏDİ
ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollardan çox əlavə maliyyə yardımının ayrılmasını təsdiqləyib. Bu barədə CNN məlumat yayıb. Məbləğin təxminən 61 milyardı Ukraynaya yardım üçün nəzərdə tutulub.
Ulusum.az xəbər verir ki, paketi 79 senator dəstəkləyib, 18-i əleyhinə səs verib. Hazırda bu qərarın qüvvəyə minməsi üçün yalnız ABŞ prezidenti Co Baydenin imzası lazımdır. Prezidentin özü bunu aprelin 24-də edəcəyini bildirib.
[b]“Bu həftə Ukraynaya silah göndərməyə başlamaq üçün masama çatan kimi bu qanunu imzalayacağam”,[/b] - prezident deyib.
Ukrayna prezidenti Vladimir Zelenski senatorlara qərarlarına görə təşəkkür edib.
“Bu səsvermə Amerikanın demokratiya çırağı və azad dünyanın lideri rolunu gücləndirir”, - deyə Zelenski bildirib. O, həmçinin qeyd edib ki, Baydenin qanun layihəsini imzalamasını və növbəti hərbi yardım paketinin qəbulunu səbirsizliklə gözləyir.
Təsdiqlənmiş paketə həmçinin dondurulmuş Rusiya aktivlərinin istifadəsi, “TikTok”un bloklanması və yeni sanksiyaların tətbiqi ilə bağlı dördüncü sənəd daxildir.
2023-cü ilin payızından ABŞ Konqresi respublikaçılar və demokratlar arasında fikir ayrılığı səbəbindən Ukrayna üçün vəsaitin ayrılması ilə bağlı razılığa gələ bilmir. Kiyevə hərbi yardım paketi ABŞ-ın vahid milli təhlükəsizlik qanun layihəsinin bir hissəsi idi.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
22-04-2024, 21:41
ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti arasında telefon danışığı olub. ULUSUM.az xəbər verir ki, bu barədə
19-04-2024, 09:12
ULUSUM.AZ bu günə olan bürclər haqqında proqnozu təqdim edir: Qoç - diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi