Məktəblərdə gigiyenaya niyə riayət olunmur?

Məktəblərdə gigiyena qaydalarına diqqət edilməməsi problemi...
Təhsil müəssisələri uşaqlarımızın ikinci evi sayılır və onların sağlamlığı burada təmin edilməlidir.
Ulusum.az xəbər verir ki, bir çox məktəbdə gigiyenaya kifayət qədər diqqət edilməməsi məyusedici bir haldır. Təhsilverənlərin və təhsilalanların yarım günü bu müəssisələrdə keçir. Amma bəzi məktəblərdə dəhlizə daxil olmaq mümkün deyil. Ayaqyolundan binaya yayılan kəskin qoxu, toz nəfəs almağı mümkünsüz edir.
Bu vəziyyətin səbəbləri müxtəlifdir:
1. Maliyyə çatışmazlığı: Məktəb lazımi təmizlik vasitələri ilə təmin olunmadıqda və təmizlikçilərin sayı yetərsiz olduqda;
2. Maarifləndirmə işlərinin aparılmaması; Həm müəllimlər, həm də şagirdlər arasında gigiyena qaydalarının əhəmiyyəti barədə kifayət qədər maarifləndirmə aparılmır.
3. İnfrastruktur problemləri: Köhnə məktəblərin sanitar qovşaqları və su təchizatı sistemləri bərbad vəziyyətdədir. Bu da təmizliyin təmin edilməsini çətinləşdirir.
4. Nəzarət mexanizmlərinin zəifliyi: Məktəblərdə gigiyena qaydalarına riayət olunmasını nəzarət edən orqanların fəaliyyəti kifayət qədər təsirli deyil.
Bu problemlərin həlli üçün dövlət və cəmiyyət birlikdə çalışmalıdır. Məktəblərdə gigiyena şərtlərinin yaxşılaşdırılması uşaqlarımızın sağlamlığı üçün vacibdir və bu istiqamətdə atılan hər addım gələcəyimizin daha sağlam olmasına töhfə verəcək.
Gələcəyimizin sağlamlığı təhlükəyə atmayın!
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!