BMT açıqladı - Netanyahu acıqlandı
Birləşmiş Millətlər Təşkilatı açıqladı: İsrail uşaqlara zərər yetirən ölkələr siyahısına əlavə olundu.
Ulusum.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İsrail Təşkilat tərəfindən "müharibə zonalarında uşaqlara zərər verən" ölkələr siyahısına əlavə edildi.
BMT-nin Daimi Nümayəndəsi Gilad Erdan sosial media hesabı olan X-də (Twitter) paylaşdığı açıqlamasında BMT-nin baş katibi Antonio Quterreşin İsrail ordusunu uşaqlara ziyan vuran ölke ve təşkilatların "qara siyahı"ya salınması barədə qərarını rəsmən elan edib.
Bu qərarın "gözlənilməz və yanlış" olduğunu iddia edən Erdan, BMT Baş katibinin "İsrailə qarşı qərəz nümayiş etdirdiyini" iddia edib və "qara siyahıya alınan yeganə şəxsin BMT Baş Katibinin özü olduğunu" bəyan edib.
İsrail prezidenti Benyamin Netanyahu da İsrailin "qara siyahı"ya salınması ilə bağlı qərar haqqında X sosial media hesabından paylaşım edib.
Netanyahu “BMT Həmasın sərsəm iddialarını əsas gətirərək bu gün özünü tarixin "qara siyahı"sına saldı”, -deyə etirazını ifadə edib.
İsrail ordusunun “dünyanın en əxlaqlı, vicdanlı ordusu olduğunu" iddia edən Netanyahu, Quterreşin verəcəyi heç bir qərarın bunu dəyişdirməyəcəyini bildirib.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
