15 avtomobilin şüşəsini sındıran və velosipedləri oğurlayanlar saxlanıldı FOTO
Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) şəhər ərazisində avtomobillərin şüşələrinin sındırılaraq salonlarından pul, mobil telefon, və digər qiymətli əşyaların oğurlanması barədə çoxsaylı şikayətlər daxil olub.
DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin Ulusum.az-a verdiyi məlumata əsasən, hadisə yerlərinə baxış zamanı əməllərin eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr yaranıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisələri törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Zakir Nurəliyev saxlanılıb. İlkin araşdırmalarla onun Sumqayıtda 15 avtomobilin şüşəsini sındıraraq oğurluq etdiyi müəyyən olunub.
Qeyd edək ki, bu şəxs əvəllər də oğurluq etdiyi üçün məhkum olunub və bu ilin fevralında azadlığa buraxılıb.
İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı şəhər ərazisində binaların girişlərindən vətəndaşlara məxsus velosipedləri oğurlayan əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramil İsgəndərov da saxlanılıb. Onun üzərində əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. R.İsgəndərovun Sumqayıt şəhərində 20-yə yaxın velosiped oğurladığı məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd olunan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi