Arıqlamaq istəyənlər! bunu içməyin - Təhlükəlidir
Sosial mediada sürətlə yayılan yeni trend təhlükə mənbəyidir.
Ulusum.az xəbər verir ki, izləyici sayı çox olan bəzi sağlamlıq səhifələri gənəgərçək yağı içərək arıqlamağın mümkün olduğu, hətta bu yağın xərçəngi müalicə etdiyi ilə bağlı məlumatlar yayıblar.
Ancaq mütəxəssislər bunun çox təhlükəli üsul olduğunu, gənəgərçək yağı içənlərin müxtəlif sağlamlıq problemləri yaşayacaqları ilə bağlı xəbərdarlıq edirlər.Ekspertlər qeyd edirlər ki, saç qulluğunda uzun müddətdir istifadə edilən gənəgərçək yağının daxilə qəbulu yolverilməzdir.
Gənəgərçək yağı içənlərin üzləşdiyi ən yüngül simptomlar şiddətli qarın ağrısı və ishaldır. Qəbul edildikdən sonra gənəgərçək yağı prostaglandin reseptorlarını aktivləşdirir, məzmunu tam həzm etməyə və bərk nəcis əmələ gətirməyə vaxt vermədən nazik bağırsaqda daralmalara gətirib çıxarır.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, gənəgərçək yağı bağırsaqda mayenin udulmasına mane olur və bağırsaq hərəkətlərini sürətləndirir. Bu vəziyyət orqanizmin qidalanmasına mane olaraq bədəndə susuzluğa və elektrolit balansını pozur.
Bu yağı içməyin uzunmüddətli istifadəsi zamanı əks təsirlər daha dəhşətli ola bilər. Ona görə də onu içməkdən çəkinmək lazımdır.
Həkimlər vurğulayırlar ki, gənəgərçək yağının arıqlatdığı və ya xərçəng kimi ciddi xəstəliklərə təsir etdiyinə dair heç bir elmi sübut yoxdur.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
