Mal bazarlarında canlama
"Kral" və "Paşa" alıcılarını gözləyir.
Qurban bayramına sayılı günlər qalır. İstanbulun Esenyurt bölgəsində yerləşən mal bazarına çıxarılan iri qurbanlıq heyvanlar "Kral" və "Paşa" alıcılarını gözləyir.
Ulusum.az Türkiyə mətbuatına istinadən bildirir ki, sahibkarlar bu heyvanları təxminən 280 min lirəyə satsalar da, qiymətdən narazı qalan alıcılar qiyməti azaltmağı təklif edirlər.
Sözügedən bazara çıxarılan, əsasən şərq rayonlarından gətirilən heyvanların orta çəkisi 250 kiloqrama qədərdir.
Hazırda bazara 2 mindən çox heyvanın satış məqsədilə gətirildiyi qeyd olunur.
1 ton 200 kilo çəkisi olan qurbanlıq danaya diqqətlə qulluq etdiklərini bildirən satıcı deyir:
"2 il yarımdır bu heyvana baxıram. Sakaryadan gətirmişəm. 10 ilə yaxındır ki buraya mal gətirirəm. Bu dananı 280 min lirəyə satıram, alıcını gözləyirik".

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı iyunun 16-17-nə təsadüf edir.
Mövzuya qayıdacağıq.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
