Diqqət! "Google" istifadəçiləri izləyir - Gizli
"Google" bir neçə ildir ki, istifadəçilərin şəxsi məlumatlarını toplayıb və hətta uşaqların səsini də qeydə alıb.
Ulusum.az bildirir ki, bu barədə "Google"un daxili məlumat bazasına istinadən məlumat verilir.
Bu bazada təqdim olunan məlumatlara əsasən, 2013-cü ildən 2018-ci ilə qədər "Google"un əməkdaşları minlərlə istifadəçilərin şəxsi məlumatlarının saxlanması və istifadəsi hallarını qeydə alıblar. Məsələn, bu hallardan biri istifadəçilərin xəbəri olmadan onların elektron məktublarının saxlanılması ilə bağlı olub.
Bundan əlavə, sənədlərdə "Waze" istifadəçilərinin ünvanlarının açıqlanması, silinmiş baxış tarixçəsi əsasında "YouTube"da tövsiyələrin göstərilməsi və "Socratic" tədris proqramında bir milyondan çox istifadəçinin (o cümlədən uşaqların) elektron poçt ünvanlarının açıqlanması qeyd olunur.
"Google"un nümayəndəsi bəzi məlumatları təsdiqləyib, lakin hesabatların altı il əvvəl tərtib edildiyi üçün köhnəldiyini bildirib.
Dörd il əvvəl ABŞ-də "Google"un baş şirkəti "Alphabet Inc"ə qarşı iddia qaldırılmışdı. Korporasiya, hətta icazə verilmədikdə belə, müxtəlif proqramların istifadəçiləri izləməsində ittiham olunub. Məlumatların toplanması, hətta brauzerdə "İnkoqnito" rejimi aktiv olduqda belə həyata keçirilib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
