Rəsmi Tehranın bu ölkəyə notası adi hadisə deyil
Çinin İrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağrılaraq Pekinə etiraz notası verməsi sıradan hadisə deyil. Tehran Qərbə qarşı mübarizədə Çinlə strateji tərəfdaşlığa ümid edir, bu ölkə ilə 400 milyard dollarlıq uzunmüddətli yatırım sazişinə imza atıb. Ancaq məlum olur ki, Pekin Tehranın regional siyasətini dəstəkləmək fikri yoxdur.
Ulusum.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranın Çinə mübahisəli adalara görə nota verməsi haqda bildirir.
"Tehranın Pekinin siyasətindən narazılığına səbəb olan amil "Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi"dir. İran 3 ada (Böyük Tunb, Kiçik Tunb və Əbu Musa) ilə bağlı hər hansı bir tərəfin iddiasını rədd edir və qəbuledilməz hesab edir. Tehran ümid edir ki, Pekin İranla strateji əməkdaşlığı nəzərə alaraq bu məsələdə öz mövqelərinə düzəliş edəcək. Pekinin Tehranın istəyi üzərinə mövqeyinə düzəliş edəcəyi problematikdir.
Pekin Tehranla tərəfdaşlıqda maraqlı olsa da, ərəb ölkələri ilə əməkdaşlığın genişlənməsi siyasətini də həyata keçirir. Pekin bugünlərdə ərəb ölkələri ilə birgə sammit keçirib. Çin ərəb ölkələrinə həm yatırımlarını artırıb, həm də ortaq layihələr reallaşdırmaq istəyir. Çin ərəb ölkələrinin enerji imkanlarından daha çox faydalanmaq istəyir. Bu isə o deməkdir ki, Pekin İranın bir qisim ərəb ölkəsi ilə mübahisəsində Tehranı dəstəkləmək fikrində deyil", - o qeyd edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
16-05-2024, 11:25
ABŞ-Çin ticarət müharibəsi yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Cozef Bayden Çindən idxal olunan təmiz enerji
3-05-2024, 10:00
Qırğızıstanın türk dövlətləri ilə inteqrasiyaya çalışması Pekində diqqətlə izlənilir. Qırğızıstanın Çinə əvvəllər
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO