Tatu etdirənlərə bəd xəbər - Sizi təhlükə gözləyir...
Tatu etdirənlərdə limfa xərçənginin yaranma riski 21 faiz çoxdur...
Ulusum.az xəbər verir ki, İsveçdə aparılan araşdırmada bədəninə döymə etdirənlərin limfa xərçənginə tutulma riski 21 faiz çox olduğu açıqlanıb.
İsveçin Lund Universitetinin tədqiqatçıları döymə ilə xərçəng arasındakı əlaqəni araşdırıblar.

Onlar 2007-2017-ci illər ərzində sözügedən diaqnozu qoyulan İsveçdə 20-60 yaş arası 11 min 905 nəfərin məlumatlarından istifadə ediblər.
Belə ki, tədqiqatçılar müəyyən ediblər ki, bədəninə döymə etdirən şəxslər arasında limfa xərçənginin yaranma riski olmayanlara nisbətən 21 faiz çoxdur.

Tədqiqatçılar döymə zamanı istifadə olunan inkdə karsinogen kimyəvi maddələrin olduğuna diqqət çəkərək, bu kimyəvi maddələrin tatu hazırlama prosesində dəri səddini deşərək orqanizmə daxil olduğunu və xərçəng xəstəliyinin inkişaf riskini artırdığını qeyd ediblər.

Qeyd edək ki, son dövrlərdə döymələrə maraq artıb. Xüsusilə bu, gənclər arasında daha çox papulyarlıq qazanıb.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
