Açıq havada dərs - FOTOLAR
Azərbaycanın Müstəqilliyi Günü məktəblərdə təntənə ilə qeyd olundu.
Ulusum.az xəbər verir ki, ötən gün məktəblərdə dərslər məhz bu günə həsr edildi.
Bu gün Azərbaycan tam müstəqil dövlətin vətəndaşı və gələcəyi olan məktəblilər bu günü xüsusi sevinclə qarşıladılar.
Tovuz rayonu Hacıhəsənli kənd Y. Alıyev adına tam orta məktəbində isə bu günün daha da yaddaqalan olması üçün dərs fərqli formatda - açıq havada keçirilib.
Məktəbin tarix müəllimi Elçin Rzayev şagirdlərə Azərbaycanın şanlı tarixindən geniş bəhs edib. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" şüarını xatırladıb.
Elçin Rzayev bildirib ki, tarixin ən qarışıq dövründə hakimiyyətə gələn ümumilli liderimiz Heydər Əliyev Azərbaycanlııların ümid yeri oldu. Bu günkü gündə Müstəqil Azərbaycan Dahi Liderin əsəridir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bütün məktəblərə "Bir kərə yüksələn bayraq" adlı tədbirlərin təşkili ilə bağlı qərar göndərib.
Müstəqillik Gününə həsr edilən kreativ dərsdə məktəb rəhbərliyi, müəllimlər də iştirak ediblər. Onlar da bu günlə bağlı öz fikirlərini və təbriklıərini səsləndiriblər.
Daha sonra dərs şagirdlərin çıxışları ilə davam edib.
Aymirə Ağamirova





Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
