Azərbaycanda üç zavod satışda - Qiymətlər
Ən iri şirkətlərdən biri olan "Gilan Holdinq"in inşa etdirdiyi süd emalı zavodları satışa çıxarılıb.
Ulusum.az-ın məlumatına görə, bunlar Tərtər, Ağcabədi və Zaqatala rayonlarındakı süd emalı zavodlarıdır.
Tərtərin Buruc kəndində yerləşən zavodun tikili sahəsi 4 198,2 kvadratmetrdir. 1,5 hektar əraziyə malik olan müəssisə avadanlıqları ilə birlikdə 1 600 000 manata satılır.
Ağcabədi şəhərində yerləşən digər süd emalı zavodunun tikili sahəsi isə 4500 kvadratmetrdir. 2 hektar ərazini əhatə edən zavod avadanlıqları ilə birlikdə 1 750 000 manata satışa çıxarılıb.
Zaqataladakı süd emalı zavodu isə rayonun Muxax kəndində yerləşir. Ümumi sahəsi 4070,1 kvadratmetr olan müəssisə 5 hektar ərazidə inşa olunub. Bu zavod isə 1 730 000 manata təklif edilir.
Zaqatala Süd Emalı Zavodunun 2010-cu ildə, Ağcabədi Süd Emalı Zavodunun 2011-ci ildə, Tərtər Süd Emalı Zavodunun isə 2012-ci ildə açılışı olub.
"Gilan Holdinq" 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Holdinq ötən ilin iyulunda adını "Xəzri Solutions"a dəyişib. Amma cəmi bir aydan sonra "Gilan Holdinq"in adının dəyişdirilməsi ilə yaradılmış "Xəzri Solutions" ləğv olunduğunu elan edib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
