Ağstafaçay və Coğazçayı Kürə axdı - Qazax sel altında FOTO - VİDEO YENİLƏNDİ
Təbii fəlakət qərb bölgəsində fəsadlar törətdi
Son günlər yağan yağışlardan sonra Qazaxda Ağstafaçay və Coğazçayı, eyni zamanda Kür çayı daşıb. Təbii fəlakət bəzi fəsadlar törədib. Torpaq sahələri və kafelər suyun altında qalıb.
Ulusum.az-ın Qərb Bürosunun məlumatına görə, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarı və yaxınlıqdakı obyektlərin, avtomobil təmiri sexləri və bəzi tikililərin ərazisini su basıb. Rayonun İkinci Şıxlı kəndi ərazisində də sel müşahidə edilir. Xram çayının daşması nəticəsində rayonun kənddə bir neçə kafe , torpaq sahələri suyun alıtnda qalıb. Hazırda təbii fəlakətin qarşısının alınması istiqamətində işlər görülür, əraziyə texnikalar cəlb olunub. Hələ ki yaşayış evlərinə suyun dolması barədə məlumat daxil olmayıb. Qazax rayon fövqəladə hallar komissiyasından bildirildi ki, selin qarşısının alınması üçün işlər davam etdirilir.
Rayon sakini Niyazi Hüseynov deyir: “İndiyə qədər belə sel görünməmişdi. İndiyə qədər göllıər suyu saxlayırdı. Coğaz çayıdır. Mal bazarından tutmuş çinarın dibi, diaqnostikaya qədər su götürüb”.
Rayon sakini Əmirxan İsmayılov bildirir ki, sel körpüləri aparıb, selə görə mal bazarı fəaliyyətini dayandırıb. Çünki maşınlara burda ziyan dəyib, qarajların içi su ilə dolub.
Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşir. Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.
Ulusum.az Qərb Bürosu









Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
