Kəndlərlə əlaqə kəsildi - Gürcüstanda
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərə güclü yağış yağıb, Kvemo-Kartlinin 15-dən çox kəndi ilə əlaqə kəsilib.
Ulusum.az bildirir ki, bu barədə regionun dövlət prokuroru Georgi Doxturaşvili məlumat verib.
Onun dediklərinə əsasən, qabaqlayıcı tədbirlər nəticəsində əhalinin təxliyəsi mayın 26-na keçən gecədən başlayıb:
“Gecə boyu güclü yağış yağıb. Xüsusilə ağır nəticələr Marneuli, Tetritskaro, Bolnisi və Dmanisi bələdiyyələrində müşahidə olunur. 15-dən çox kəndlə əlaqə kəsilib. Körpülər dağılıb, xilasedicilər 24 saat işləyir.
Eyni zamanda müxtəlif bölgələrdən əlavə qüvvələrin səfərbər edilməsi lazım olub. İnsanların təxliyəsində Daxili İşlər Nazirliyinin əməkdaşları çox fəal iştirak edir. Profilaktika məqsədi ilə daşqınlardan zərər çəkmiş ərazilərdə əhalinin təxliyəsinə gecə saatlarından başlanılıb. Bundan əlavə, 15-dən çox ailə Marneuli bələdiyyəsindəki evlərindən aparılıb”.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
