Siqaretin idxalı sahəsində yeni tələb
Tütün məmulatı qismində siqaretin idxalı şərtlərindən biri kimi idxalçının ən azı 1 il müddətində tütün məmulatının istehsalı sahəsində fəaliyyəti göstərməlidir.
Ulusum.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, bu şərtin əsas məqsədi daxili bazarın mənafeyinin qorunması, yerli istehsalın prioritetliyinin saxlanılması, ixrac potensialının artırılması, eləcə də şəxsin dayanıqlı və məqsədyönlü fəaliyyət göstərməsinə nəzarət edilməsidir. Həmçinin dövlət büdcəsi qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən, vergidən yayınma hallarına mütəmadi olaraq yol verən, müxtəlif vergidənyayınma sxemləri ilə riskli əməliyyatlar aparmaqla kölgə iqtisadiyyatına şərait yaradan intizamsız vergi ödəyicilərinin fəaliyyəti müvafiq sahədə aparılan islahatlara mənfi təsir kimi qiymətləndirildiyindən vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı keçmiş öhdəliklərin olmaması, eləcə də vergi ödəyicisi barədə riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması icazə şərtləri kimi müəyyən edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
23-04-2024, 12:57
Yeni dövlət rüsumu müəyyənləşir. ULUSUM.az saytının xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
