Prokurorluqda 140 milyonluq rüşvət iddiası - FOTO
Rusiya tarixində ən böyük rüşvət işi məhkəməyə göndərilib.
Ulusum.az bildirir ki, Moskvanın Tverskoy rayonu üzrə İstintaq Komitəsinin istintaq idarəsinin keçmiş rəisi, 35 yaşlı ədliyyə mayoru Marat Tambiyev 1 milyon yarım dollardan çox və 2718 bitkoin, yəni 7.3 milyard rubl (təxminən 137 milyon 240 min manat) rüşvət almaqda ittiham olunur. Bundan əlavə, müstəntiqlərin fikrincə, o, daha 1,3 milyon dollarla varlanmağa cəhd edib. O, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İstintaq Komitəsinin məlumatına görə, ədliyyə mayorunun şəriki keçmiş müstəntiq, baş leytenant, 27 yaşlı Kristina Lyaxovenko olub. O, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət işi üzrə sübutları saxtalaşdırmaqda təqsirli bilinir.
Tambiyev və Lyaxovenkonun işinə Moskva yaxınlığındakı Balaşixa məhkəməsi baxacaq. Əvvəlcə məhkəmənin Moskvada keçiriləcəyi güman edilirdi, lakin Ali Məhkəmə Baş Prokurorluğun tələbi ilə ərazi yurisdiksiyasını dəyişdirərək, Tambiyevin işlədiyi müddətdə paytaxtın məhkəmə sistemində əlaqələr əldə etməsi ilə bağlı arqumentlərlə razılaşıb.
İş materiallarına görə, müstəntiq 2022-ci ilin aprelində “Infraud Organization” haker qrupunun üzvlərindən hakerlərin aktivlərini ələ keçirməyəcəyinə dair vəd qarşılığında rüşvət alıb. Tambievin kompüterində “Pensiya” adlı qovluqda bitkoinlər tapılıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
